
“Reuters” vurğulayır ki, təlimlərin İsraillə münasibətlərin gərginləşməsi və Trampın hakimiyyətə qayıdışı fonunda baş tutması diqqəti cəlb edir.

Təlimlərdə ölkənin nüvə obyektlərinin, xüsusilə Natanzdakı atom araşdırmaları mərkəzinin hava hücumlarından müdafiəsinə xüsusi fikir verilir.

Simulyasiyalarda yeni pilotsuz aparatlardan, raketlərdən istifadə olunur. Həmçinin yeraltı raket bazasının imkanları sınaqdan keçirilir.
Samir Quliyev
AzVision.az